Müdir işçilərini sevindirdi: 50 min dollar «paket» verdi 


Amerikada şirkət 198 işçisinə Yeni İl bayramı ilə əlaqədar əmək haqlarından başqa 50 min dollar mükafat verib.
« Sherg.az» «lefigaro.fr»ə istinadən  xəbər verir ki, bu məbləğ isə ümumlikdə 10 milyon dollar deməkdir. “St. John Properties, Baltimore” adlı daşınmaz əmlak şirkəti Vaşinqtonun şimalında yerləşir. Onun rəhbəri Edvard Condur. O siravi işçilərə 50 min dollar, şirkətin məsul şəxslərinə isə 250 min dollar mükafat verib. 
Həmin şirkətin işçilərindən biri mətbuata bunları deyib: “Zərfi açdıqda gözlərimə inanmadım. Düşündüm ki, yəqin yanlış saymışam. Amma növbəti dəfə dəqiq saydım və əmək haqqımdan 50 min artıq idi. Sonradan şirkətlə dəqiqləşmə apardıq. Dedilər ki, bu, bayram üçün nəzərdə tutulan bonusdur.  Bu mənim üçün ən gözəl sürpriz oldu”. 
Məlumatda o da qeyd olunur ki, adıçəkilən şirkət bu il çox böyük layihələr həyata keçirib. Amerikanın  dörd bir yanında 2 milyon kvadrat metr ərazidə ticarət mərkəzləri və çoxsaylı ofislər inşa edib satıb.