Türkiyə üzrə 85 min 128 açıq iş elanı var. Bu elanların dörddə biri İstanbulda yerləşir. Ən çox boş iş yerləri ixtisas tələb etməyən əl əməyidir.
Əl əməyi tələb edən işəgötürənlərin 20 min 538 elanı var.
Sherg.az xəbər verir ki, işəgötürənlər tərəfindən 3 min 280 təmizlik işçisi, 1381 satış işçisi, 1322 qablaşdırma işçisi, 1303 anbar işçisi, 1277 tikiş işçisi və 1249 xidmət işçisi elan edilib.
Açıq iş elanlarında təcrübə və ustalıq tələb edən peşələr üzrə elanlar da diqqət çəkib.
Bu çərçivədə tikiş maşinisti, qaz qaynaqçısı, forklift operatoru, elektrik montyoru, mexaniki baxım təmirçisi və CNC torna operatoru ən çox tələb olunan peşələr olub.
İstanbul 21 min 846 iş elanı ilə ən çox açıq iş yerləri olan şəhərdir.
İstanbuldan sonra 5 min 117 iş elanı ilə Ankara, 4 min 606 iş elanı ilə Kocaeli, 4 min 285 iş elanı ilə Bursa və 4 min 357 iş elanı ilə İzmir qərarlaşıb.
Manisa 3 min 136, Kayseri 3 min 98, Qaziantep 2 min 870, Mersin 2 min 385, Antalya 2 min 117 və Tekirdağ 2 min 48 açıq iş elanı sayı ilə seçilən şəhərlər olub.