İnstaqram təkmilləşir: söyüş və təhqirin qarşısı alınır


«Instagram »təhqir və dezinformasiyaya qarşı mübarizəyə başlayıb.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, adıçəkilən sosial şəbəkə «faktların yoxlanılması » adlı proqram tətbiq edəcək. 

«Facebook »un gənclər üçün platforması hesab olunan « İnstagram »dan bildirilib ki, bu gündən etibarən yeni tətbiq əlavə olunacaq. Bu tətbiq istifadəçilərə hər hansı bir postu paylaşmazdan öncə düşünmələri üçün şans verəcək. Bu süni intellekt vasitəsilə postlara və həmin postlara yazılan şərhlərə nəzarət olunacaq.
Məsələn, kimsə (sən axmaqsan) cümləsini yazıb, başqasını təhqir etməyə cəhd edəndə həmin şərhin yanında pəncərə açılacaq və sizə təklif ediləcək ki, ya bu şərhi silin, ya da « axmaq » sözünü başqası ilə əvəz edin.
Bu yolla « İnstagram » da sosial mediada söyüşün, təqhirin qarşısını almağı planalaşdırır.