SOS: Moskva qar üzünə həsrətdir – İlk belə hal 150 il öncə yaşanıb 


Moskvada nə qar var, nə buz, nə də buz üstündə sürüşən var. Rusiyanın paytaxtı Moskvada çox mülayim hava şəraiti hökm sürür. Əslində isə bu vəziyyət Rusiya ilə yanaşı bütün dünyanı narahat edir . Və məlum iqlim dəyişikliyi dünyanın baş ağrısına çevrilib. Son iki həftə ərzində  temeperatur olduqca mülayim keçib. Müsbət 7 dərəcə olub. Halbuki, indiki dövrdə Moskvada ən azı mənfi 10 dərəcə soyuq olmalı idi. 
«Sherg.az» xəbər verir ki, «Agence France-Presse »in Moskvadan hazırladığı reportajda Anton Dubeniuk adlı bağban qeyd edib ki, çoxlu sayda gül yenidən açmağa başlayıb:«Belə hadisənin heç zaman şahidi olmamışam». 

Svetlana Zolotukina adlı təqaüdçünün sözlərinə görə, ilk dəfədir ki, Moskvada dekabr ayında belə hava şəraiti qeydə alınır:«Əslində mən belə havaları xoşlayıram. Güllər yenidən qönçələr açmağa başlayıb və bu mənim ruh halımı daha da yaxşılaşdırır». 


Botanikaçı Svetylana Qribkova isə bildirib ki, qış belə mülayim keçməsi heç də yaxşı hal deyil :«Mən qarı sevirəm. Çünki o planeti qoruyur. Ümumiyyətlə, hər fəslin öz əlamətləri olmalıdır, qışın elementi soyuq və qardır. Bu mənada qışda havaların isti keçməsi məndə təəssüf doğurur. 

Rusiya meteoagentliyinə görə, bu, son 150 ildə yaşanan ilk hadisədir: « Meteoroloq Anatoli Siqankov bəyan edib ki, Moskvda dekabrda deyil, iyul ayında bu cür hava şəraiti müşahidə olunur. Bu hava dekabr ayı üçün olduqca istidir. Anormaldr. Əlində hava şəraiti mənfi 10 dərəcədən çox olmalıdır. 

Moskvada « Naqorniya » buz meydanının texniki direktoru  Andre Karkjota vurğulayıb ki, bu hava şəraitində süni bus meydançalarını saxlamaq da çətindir:"Amma mən heç də narahat deyiləm. Əminəm ki, Moskvaya da qış gələcək və qar yağacaq».