Dəniz suyunda "COVID-19"a yoluxmaq mümkündürmü? – ƏTRAFLI İZAH 

“Ultrabənövşəyi şüalar, dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir”

“Hesab edirəm ki, insanlarımız məsafə gözləyərək rahat istirahət edə bilərlər"


Uzun müddətdir, sosial şəbəkələrdə çimərlik sezonunun olması, dənizə getməyin vacibliyi barədə fikirlər səsləndirilir. Bildirilir ki, payızda xəstəliyin yeni və daha güclü dalğası gələcək. Bu mənada insanlar D vitamini almalıdırlar ki, immun sistemləri qaydasında olsun, virusa müqavimət göstərə bilsinlər.


Haqlı fikirlərdir. Buna görə də Operativ Qərargah çox ciddi iş apardı, çimərlikıri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib.

“Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib.  Vətəndaşlardan tələb olunan isə  sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir.

Qeyd edək ki, bəzi şəxslər sosial şəbəkələrdə havaların artıq soyumasını bəhanə edərək  çimərliklərin açılmasını lağ obyektinə çevrir. Digər qrup isə çimərliklərdə yoluxma təhlükəsinin daha real olduğunu iddia edir.  

"Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, Tibb üzrə fəlsəfə doktor Yazgül  Abdıyeva  isə "Sherg.az"a açıqlamasında  dəniz suyunda COVID-19 -a yoluxmanın  mümkün olmadığını  deyib. Onun sözlərinə görə,   duz və dəniz suyu həcmi viral yükü azaltmağa kömək edir:

"Duzlu bir mühitdə yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri, duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır.

Çimərlikdə koronavirusun  yayılmasını çətinləşdirən əsas amil  günəş, dəniz qumunun duzluluğu və səthidir.  Ultrabənövşəyi şüalar ,dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir. Hesab edirəm ki, insanlarımız məsafə gözləyərək rahat istirahət edə bilərlər".