Ətrafımızda bəzi sözləri rus əlibasının "Ц" hərfi ilə tələffüz edənlərlə tez-tez rastlaşırıq. "Telefon" sözünü "çilifon" tələffüz edən kim, "teatr" sözünə "çiatır" deyən kim...
Dilimizdə olmayan hərfin sözlərin tələffüzündə istifadəsi bəzilərində qıcıq yaradır. Təsadüfən, "Facebook"da tanınmış jurnalist və aparıcı İlhamiyyə Rzanın paylaşımı ilə qarşılaşdım. İlhamiyyə xanım təklif edir ki, "Ц" hərfini əlifbamıza daxil etsinlər.
Doğurdan da, qeyri-rəsmi olaraq dilimizdə "ц" hərfindən istifadə edilir, lakin rəsmiləşdirilməyib.
Nəsimi adına Dilçilik İnstitunun direktoru, professor Möhsün Nağısoy "Sherg.az"a bu təklifin əleyhinə olduğunu bildirib:
"Bizdə elə səs yoxdur. "Ц" hərfinin əlifbamıza daxil edilməsinə ehtiyac duyulmur, qəti əleyhinəyəm".