Rusiyanın “pomidor siyasəti": İqtisadi sanksiya , yoxsa xəstəlik? - İZAH

“Rosselxoznadzor”un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan 3 təzə pomidor partiyasını saxlayıblar.


Verilən məlumata görə, tərəvəzlərdə təhlükəli karantin obyekti – Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta Povolny) aşkar edilib. Bu səbəbdən məhsulların Rusiyaya gətirilməsi qadağan edilib. Pomidor partiyalarının saxlanılmasına səbəb laboratoriya nəticələri olub. Məhsul yenidən Azərbaycana qaytarılıb.



Kənd təsərrüfatı mütəxəssisi, fəlsəfə elmləri doktoru  Qadir Bayramlı bildirib ki, məhsualların geri qaytarılmasını iqtisadi sanksiya kimi düşünmək doğru deyil:

“Mən hesab etmirəm ki, Azərbaycana qarşı iqtisadi sanksiya tətbiq edilir. Əgər elə olsaydı, sistemli şəkildə həyata keçirilərdi. Görünür, pomidorun keyfiyyətində  müəyyən problemlər var. Ümumiyyətlə, dünya bazarına keyfiyyətli məhsul çıxarmaq lazımdır. Keyfiyyətsiz məhsul  bazara  çıxarılsa,  təbii ki, həmin bazar onu qəbul etməyəcək. Hər bir ölkə daxili bazarını yararsız məhsullardan qoruyur”.