Nazir polis rəisinə yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrlə polis polkovnik-leytenantı Fazil Zərbəliyev Sabunçu Rayon Polis İdarəsinin rəisinin əməliyyat işi üzrə rəis müavini təyin edilib.
F.Zərbəliyev bu təyinata qədər 39-cu Polis Bölməsinin rəisi idi.