“YAŞAT” Fondu şəhid ailə üzvlərini bir araya gətirib

Cari ilin 27-28 sentyabr tarixində “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın sponsorluğu ilə şəhid ailə üzvlərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri təşkil olunub.
Fonddan "Sherg.az"a bildirilib ki, Anım Günündə reallaşan tədbirin məqsədi şəhid ailələrinə qəhrəman övladlarının fədakarlığı ilə azad edilmiş, Qarabağın döyünən ürəyi olan Şuşa şəhərini, eyni zamanda Xankəndi şəhərini yaxından tanıtmaqdır.
Səfər çərçivəsində şəhid ailələrinə Şuşa və Xankəndidə aparılan bərpa-quruculuq işləri ilə bağlı geniş məlumat verilib.
Qeyd edilib ki, “YAŞAT” Fondu tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqətin göstərilməsi və digər sahələrdə dəstək tədbirləri davam etdirilir.