Hava nəqliyyatı vasitəsilə daha 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Nazirlər Kabineti burnunla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müvafiq dəyişiklik edib.
Həmin ölkələr aşağıdakılardır:
- Argentina Respublikası;
- Avstraliya İttifaqı;
- Braziliya Federativ Respublikası;
- Bruney Darüssalam;
- Cənubi Koreya Respublikası;
-Çili Respublikası;
- Ekvador Respublikası;
- Kamboca Krallığı;
- Kosta Rika Respublikası;
- Kuba Respublikası;
- Küveyt Dövləti;
- Qazaxıstan Respublikası;
- Maldiv Respublikası;
- Meksika Birləşmiş Ştatları;
- Mərakeş Krallığı;
- Monqolustan;
- Monteneqro;
- Norveç Krallığı;
- Oman Sultanlığı;
- Panama Respublikası;
- Salvador;
- Uruqvay Şərq Respublikası;
- Yeni Zelandiya.