Vəkillər Kollegiyasının sədri: “Qadın məhkəmə sədri yoxdur”

“Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur”. 
Oxu.Az-ın məlumatına görə, bu barədə “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatın nəticələrinə dair keçirilən tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bütün qonşu ölkələrdən qadın vəkillərin sayı 50 faizdən çoxdur:
“Qadınlar irəli çəkilməlidir. Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur”.
O, ailələrdə məişət zorakılığı hallarının hələ də qalmaqda olduğunu qeyd edib. 
“Mən tələbə olanda qrupda qadınların çox olmasına baxmayaraq, işləyən xanımların sayı olduqca az olurdu. Azərbaycanda qadın vəkillərin sayı 22 faizi keçmir. Bizdə niyə bu vəziyyət var?” - deyə o qeyd edib.