İsrail ordusu Livana girdi - Bennet çağırış etdi

İsrail rəsmiləri ordunun Livanın cənubunda quru əməliyyatına dəstəklərini bildiriblər.
Axar.az xəbər verir ki, ilk rəsmi reaksiya Knessetin deputatı Moşe Solomondan gəlib.

Solomon İsrailin rəsmi olaraq ordunun Livana girməsini elan etməsindən əvvəl X səhifəsində dəstək mesajını yazıb.

“Quru əməliyyatına başlayan təhlükəsizlik qüvvələrini dəstəkləyirəm. Livanın cənubunda İsrailin nəzarəti olmadan və Hizbullah məhv edilmədən biz insanlarımızın öz evlərinə qayıtmasına ümid edə bilmərik”, - Solomon bildirib.

İsrailin keçmiş baş naziri, deputat Naftali Bennett də İsrail ordusuna dəstəyini ifadə edib:

“Son bir ildə Hizbullah terrorçuları 12-si uşaq olmaqla, onlarla israillini öldürdülər, futbol meydançalarımıza, kənd və kibutzlarımıza minlərlə raket atdılar və bizi məcbur etdilər ki, əhalimizi ölkənin şimalından təxliyə edək. Amma daha bəsdir. Livan sərhədini keçən hər bir ÇAXAL əsgəri bilir ki, bunu İsrail vətəndaşlarının müdafiəsi üçün edir. Allah əsgərlərimizi qorusun. Bütün millət arxanızdadır”.