Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub - YENİLƏNİB

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


***

Ucarda yanacaq daşıyan maşın aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan yanacaq daşıyan maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində partlayış olduğu bildirilir.