İmmobile zirvəyə yüksəlib: 10 matçda 10 qol

"Beşiktaş"ın dünyaca məşhur ulduzu Ciro İmmobile qollarına Kayseridə davam edib.

Sherg.az xəbər verir ki, "Beşiktaş" 3-0 qalib gəldiyi matçın ilk yarısında istədiyi topları almaqda çətinlik çəksə də, İmmobile ikinci yarıda penaltidən ilk qolunu vurub.

Daha sonra o, Raşicanın ötürməsi ilə ikinci qolunu qeyd edib.

"Beşiktaş" tarixində ilk 6 liqa matçında 6 qol vuran ilk yeni transfer olan italyan mərkəz hücumçusu bu mövsüm ümumilikdə 10 rəsmi matçda 10 qol vurub.