Münəvvər Karabulut 2009-cu ildə Bahçeşehirdəki villasında Cem Qaripoğlu tərəfindən öldürülüb. Qaripoğlu isə 2014-cü il oktyabrın 10-da öz qaldığı kamerasında ölü tapılıb. Ölən şəxsin Cem Qaripoğlu olub-olmadığı ilə bağlı iddialardan sonra Karabulut ailəsi vəkilləri vasitəsilə dəfn mərasiminin keçirilməsini tələb etmişdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, tələbi qəbul edən Silivri Respublika Baş ProkurorluğuCem Qaripoğlunun məzarının açılması üçün Anadolu Respublika Baş Prokurorluğuna göstəriş yazıb. Prokurorluq Üsküdardakı Karacaahmet qəbiristanlığında məzarın 3 oktyabr cümə axşamı saat 11:00-da açılmasına qərar verib. Qaripoğlunun cəsədindən götürülən sümük nümunələri ilə şəxsiyyət uyğunluğu aparılacaq.
Digər tərəfdən, polis qruplarının açılmasına qərar verilən Cem Qaripoğlunun məzarının yerləşdiyi Karacaahmet qəbiristanlığında təhlükəsizliyi təmin etmək üçün keşik çəkdiyi görünüb.