Azərbaycanın Rusiyaya yeni təyin olunan səfiri kimdir?
"Sherg.az"ın araşdırmasına görə, yeni səfirin tərcümeyi -halı genişdir:
Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub, Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində ali təhsil alıb.
1985–1987-ci illərdə SSRİ ordusunda hərbi xidmət keçib.
1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.
1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.
2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.
2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.
Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunmasıüzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Qeyd edək ki, ölkəmizin Rusiyadakı əvvəlki səfiri Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçildiyi üçün vəzifəsindən geri çağırılıb.
İngilis , rus , fransız və ərəb dillərini bilir .