Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın vaxtlarda Ukraynaya səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, səfərin məqsədi müharibə başa çatandan sonra sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməkdir.
Səfərin tarixi açıqlanmır.