ABŞ-dən Türkiyə açıqlaması! “Təhlükəsizliklə bağlı narahatlıqları anlayırıq”

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi, terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində Suriyada iştirak etməyə davam edəcəklərini ifadə edib.

 Sherg.az xəbər verir ki, Kirbi telekonfransla keçirdiyi mətbuat brifinqində Türkiyə və Suriyadakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Kirbi suala cavabında Suriyadakı varlıqlarının əsas missiyasının “İŞİD-ə qarşı mübarizə” olduğunu müdafiə edərək, Türkiyə ilə PKK/YPG ilə bağlı danışıqların davam etdiyini, lakin detallara varmayacağını bildirib.

Suriyadakı vəziyyətlə bağlı Vaşinqton-Ankara danışıqlarını dəyərləndirən Kirbi, Türkiyənin Suriyanın şimalı ilə bağlı təhlükəsizlik narahatlıqlarını anladıqlarını bildirib.

"Əvvəllər dediyim kimi, biz onların (türklərin) təhlükəsizlik narahatlıqlarını başa düşürük. Açığını desəm, Türkiyənin narahatlığı əsassız narahatlıqlar deyil", - Kirbi vurğulayıb.