Oksford lüğəti 2024-cü ilin əsas ifadəsini təyin edib.
Sherg.az Techno.az-a istinadən xəbər verir ki, 2024-cü ilin təyin edilmiş əsas ifadəsi ilk dəfə ABŞ yazıçısı və filosofu Henri David Thoreau-nun 1854-cü ildə dərc edilmiş “Walden; or, Life in the Woods” adlı kitabında istifadə edilmişdi. Söhbət, “Brain rot” ifadəsindən gedir. Bu ifadə hərfi tərcümədə beyin çürüməsi mənasını verir. Məcazi məna daşıyan bu ifadə indiki zamanda aktualdır. Belə ki, beyin çürüməsi dedikdə, Oksford lüğətinin müəllifləri həddindən çox kontent istehlakı prosesi zamanı insanın psixi və ya intellektual vəziyyətinin pisləşməsini nəzərdə tuturlar.
Bu anlayışın altında sosial şəbəkələrdə və ya videoservislərdə ana səhifənin dayanmadan aşağı istiqamətə sürüşdürülməsini misal gətirmək olar. Sözügedən ifadə ilk dəfə 1854-cü ildə dərc edilmiş kitabda istifadə edilmiş olsa da, müasir dünyada virtual həyatın insanın ayrılmaz hissəsinə çevrilməsi səbəbilə o, yeni məna kəsb etməyə başlayıb.