Ağ Ev: Tramp yeni sanksiyaları yalnız Konqres vasitəsilə ləğv edə biləcək

Prezident Co Baydenin rəhbərlik etdiyi Vaşinqton administrasiyası bildirib ki, ABŞ-nin növbəti lideri Donald Tramp Rusiyanın enerji sektoruna qarşı sanksiyalar paketini yalnız ABŞ Konqresinin vasitəsilə ləğv edə biləcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.

“Növbəti administrasiya bundan sonra hər hansı icraedici tədbir görüb-götürməyəcəyinə özü qərar versin”, - Kirbi vurğulayıb.