Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb

Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsi dövrünə aid bunker hərraca çıxarılıb.

SHERG.AZ xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, hərrac dekabrın 17-də MOA hotelində keçiriləcək.

Bunkerin ilkin satış qiyməti 398 min avro müəyyən edilib. Ümumi sahəsi 618 kvadratmetr olan obyekt 18 ayrı otaqdan ibarətdir. Lakin burada pəncərə, istilik və santexnika sistemi yoxdur.

Məlumata görə, müharibə illərində bunkerdə eyni vaxtda 250 nəfərə qədər insan sığına bilib. Müharibədən sonra uzun müddət istifadəsiz qalan tikilidən bir müddət incəsənət layihələri üçün istifadə olunub.