Türkiyə də Kazana uçuşlarla bağlı qərarını verdi

"Türk Hava Yolları" (THY) İstanbul-Kazan (Rusiya) arasında uçuş cədvəlində dəyişiklik edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, uçuşların sayı dəyişməz qalıb - həftədə yeddi uçuş, lakin əvvəllər geri dönüş reyslərinin yarısı səhər tezdən idi. İndi bütün xarici aviaşirkətlərin təyyarələri axşam saatlarında Tatarıstana çatacaq və bir saat sonra, gecə yarısına yaxın Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, son iki həftə ərzində Kazan Beynəlxalq Hava Limanı beş dəfə bağlanmalı olub.

Bundan əvvəl "Türkmənistan Hava Yolları", Qaxaxıstanın "Qazaq Air" aviaşirkəti və "Azərbaycan Hava Yolları"nın Kazana uçuşları dayandırılıb. "Pegasus" da yanvarın 21-dən Kazana uçuşları dayandıracaq.