Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib. 

“Sherg.az” Unikal.az-a istinadən xəbər verir ki, infarkt keçirən jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.