Ticarət müharibəsi Ağ Evdə başlayan ideyanın nəticəsi ola bilər. Bunu hamı bilir.
Bunu XII Qlobal Forum çərçivəsində keçirilən Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
O bildirib ki, əl-ələ verib Ümumdünya Ticarət Təşkilatı ilə işləmək fikrini dəstəkləyir: “Bu mənim düşüncəmdir. ÜTT çərçivəsində biz effektiv qərarların qəbuluna nail ola bilərik. Biz nəinki ənənəvi tərəfdaşlarla dünyanın digər hissələri ilə Aİ tərəfdaşlıq qurmalıdır. Gələcəkdə regional təşkilatlar daha mühüm rol oynayacaqlar. Milli səviyyələr ölkələrin öz siyasətləri var. Amma biz Aİ çərçivəsində Afrika, Asiya, Şəriq İndoneziya ilə, orada olan təşkilatlarla əməkdaşlıq edə bilərik, əlaqələr qura bilərik. Burada təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq bu problemləri aradan qaldıraq”.