Qlobal Bakı Forumu dünyanı narahat edən məsələlərlin müzakirə olunduğu nadir platformadır -Parlamentari
09:14 13.03.2025
Gündəm
655
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılışı baş tutub.
Tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekspertlər qlobal təhlükəsizlik, münaqişələrin həlli, informasiya manipulyasiyası və digər aktual məsələləri müzakirə ediblər. Forumda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələrini vurğulayıb.
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasının mümkün fəsadları, dünya düzənində qütbləşmənin artması və enerji təhlükəsizliyi kimi məsələlər də forumun əsas mövzuları sırasında olub.
Millət vəkili Azər Badamov “Sherg.az”a bildirib ki, Bakıda keçirilən Qlobal Bakı Forumları dünya gündəmi üçün əhəmiyyət daşıyan beynəlxalq platformaya çevrilib:
“13-15 mart tarixlərində keçirləcək XII Qlobal Bakı Forumuna da beynəlxalq səviyyədə maraq çox böyükdür. Foruma indiki və keçmiş prezidentlər, hökumət rəhbərləri, siyasətçilər, Nobel mükafatı laureatları, beyin mərkəzlərinin nümayəndələri olmaqla 400-dən çox iştirakçı qatılıb. Həm də BMT və digər beynəlxalq təşkilatların nümayəndələrinin foruma qatılması onun əhəmiyyətinin nə qədər yüksək olduğunu göstərir. Bu forumun mövzusu Dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi ilə bağlıdır. Bu gün həqiqətən dünya nizamı heç olmadığı qədər çətin dövrünü yaşayır. Baş verən savaşlar və müharibələrin davam olunmasına maraqların toqquşması, birləşmiş qərbin daxilində yaranmış fikir ayrılıqları, o cümlədən qloibal miqrasiyanın yaratdığı çətinliklər və s qlobal gündəliyin əsas mövzularına çevrilmişdir. Bu gün dünya öznünü daha təhlükəsiz və ədalətli nizmaının formalaşdırılmasına çalışmalıdır. Əks halda bəşər tarixinin sonu gələ bilər. Bu baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərlin müzakirə olanduğu nadir platformadır. Bu gün həm də dünyada dünyanı bir araya yılğaraq qlobal məsələlərdə dialoqa nail olunması üçün müzakirələrin aparıldığı ikinci bir məkan yoxdur. Çünki dünya parçalanıb və demək olar ki, güclü ölkələr zəifləri üzərində hakimiyyəti ələ almağa çalışır. Heç kim dialoqdan, sülhdən, birgə yaşayışdan və əməkdaşlıqdan danışmaq üçün bir platforma yaratmır”.
Deputat qeyd edib ki, Azərbaycan isə artıq 12-ci dəfə bu platformanı qlobal müzakirələrə təqdim edir:
“Bu həm də ölkəmizin sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərinin göstəricisidr. Azərbaycan bütün siviliyasziyasıları birgə və sülh içində, multukulturializmə, beynəlxalq hüquqa hörmətlə yaşamasına çağırış edir. Bu, həm də böyük tolerantlıq və multukulturizm ənənələrinə sadiq bir Azərbaycanı dünyaya təqdim etmək üçün bir platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını da bölüşə bilirik. Bu həm də ölkəmizə qarşı qarayaxma kampaniyaları, ikilistandartlarlı siyasət aparanların istəklərini ifşa etmək üçün bir platformadır. Beləliklə XII Qlobal Bakı Forumu həm qlobal məsələləri müzakirə etmək, həm də sözümüzü beynəlxalq arenaya çatdımaq baxımından bir fürsət olduğunu hesab edirəm”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı