Mattarella Zelenski ilə görüşdü: sülh müzakirəsi

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.

Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib. Qeyd edib ki, Ukraynaya İtaliya Prezidenti sonuncu dəfə 25 il əvvəl səfər edib.