“Naftna Industrija Srbije” (NIS) şirkətinə qarşı çox ciddi sanksiyalar tətbiq olunub.
Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın sanksiya qərarını şərh edərkən deyib.
“Bu, Serbiyada bir şirkətə tətbiq edilən ən ağır sanksiyalardır. Ölkəmiz bu məsələdə məsuliyyətli və ciddi reaksiya verəcək. ABŞ-ın sanksiyaları çox sərtdir və bunu pozanlar üçün ciddi nəticələrə malikdir.
NIS son 16 ildə Serbiyanın həm büdcəsinə, həm də çoxsaylı inkişaf layihələrinə əhəmiyyətli töhfə verib”, - Vuçiç vurğulayıb.
Qeyd edək ki, Serbiya hökuməti 2008-ci ildə NIS şirkətini Rusiyanın “Qazprom Neft” şirkətinə satıb.