ABŞ Rusiya neft sənayesinə qarşı ən sərt sanksiyalar paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına 180 gəmi, bir neçə treyder, iki böyük neft şirkəti və Rusiya neft sənayesinin bir sıra rəhbər işçiləri daxildir.
"Qazprom Neft", "Surgutneftegaz", "Zarubejneft" və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə edib.
Bundan əlavə, “İnqosstrax” və “AlfaStrakhovanie” sığorta şirkətləri də "qara siyahı"ya düşüblər.