Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının 28-ci dönəmin yeni qanunvericilik ilində ilk qrup toplantısında birlik və həmrəylik mesajı verərək, “Başqa Türkiyə yoxdur, millətimiz güclü bir ailədir" deyib.
Sherg.az xəbər verir ki, Baxçalı bu gün də məhkəməsi davam edən Sinan Ateş cinayəti ilə bağlı bunları qeyd edib: "Nə idealist qrupları, nə də MHP-ni tapdalamaram".
İsrail ordusunun Livana hücumları ilə bağlı MHP lideri Yaxın Şərqdə bəşəriyyətin əzab içində olduğuna diqqət çəkib və "İsrail nəzarətdən çıxıb" ifadəsinə yer verib. O, müharibənin Yaxın Şərqlə məhdudlaşmayacağına da diqqət çəkib.