Bir müddət öncə, sabiq deputat, Müsavat Partiyası funksionerlərindən olan İkram İsrafilin qızı Nərmin İsrail Ağ Partiyanın sədri Tural Abbaslı ilə ailə qurub. Sosial şəbəkədə toydan fotolar və videolar paylaşılıb. Təbii ki, məclis bitdikdən sonra, gəlinin əlindəki gülü subaylara dönərək atması ənənə halını alıb. Yayılan videoların birində Nərmin İsrafil əlindəki gülü xüsusilə yaxınlaşıb Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədliyə verməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Bu xoş hadisə ilə bağlı "Sherg.az"a danışan Ə.Məmmədli bildirib ki, bu əvvəlcədən planlaşdırılmış hadisə deyildi:
"Kadrda da görünür, mən kənarda dayanmışdım. Nərmin xanım həm qız, həm də oğlan toyunda gülü mənə verdi. Dövlət Baxçalıya sual verirlər, "Ailə qurmağı düşünmürsüz?".
O isə belə cavablayır:
“Ölümlə evlilik elə bir şeydir ki, nə vaxt gələcəyini bilmirsən”. Mən də qismətə inanan insanam, qismət…".