Maşında yatan kişi sığınacağa yerləşdirilib

Maşında yatan kişi sığınacağa yerləşdirildi.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.
O bildirib  ki, Qubada maşında yaşadığı bildirilən Məmmədbəy Məmmədbəyov Sosial Xidmətlər Agentliyinin yerli filialının əməkdaşları tərəfindən Bakı şəhərinə göndərilib:
“O, həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib. Məmmədbəy dayı burada isti sığınacaqla, gündəlik qidalanma təmin olunacaq. Qaldığı müddətdə digər sosial xidmətlərdən də yararlanacaq”.