SON DƏQİQƏ: Müharibə bölgəyə yayıldı! - Bir çox şəhərdə sirenlər səsləndi

Livan son 50 ildə dördüncü dəfə işğal olunarkən, İsrail ordusu sərhəddəki 25 kəndə təcili təxliyə əmri verib. İranın İsrailə ballistik raketlər atdığını elan etdikdən sonra, Tel-Əvivdə və bir çox şəhərdə sirenlər eşidilib.

Sherg.az xəbər verir ki, İsrail ordusu günlərlə gözlənilən Qəzza zolağından sonra hərəkətə keçib və əsgərlər gecə yarısı qurudan Livana daxil olub. Eyni zamanda Yaxın Şərqin daha bir paytaxtında partlayışlar olub.