Şarl Mişel və Josep Borrel İranın İsrailə hücumunu pisləyib

Avropa İttifaqı İranın "regional təhlükəsizliyə təhdid" olan İsrailə hücumunu qətiyyətlə pisləyir.

"Report"un məlumatına görə, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“İranın İsrailə hücumunu qəti şəkildə qınayıram, bu, regional təhlükəsizliyə təhdiddir”, - S.Mişel “X” sosial şəbəkəsində yazıb.

Mişelin sözlərinə görə, “Yaxın Şərqdə ölümcül eskalasiya spiralı indi dayanmalıdır”. "Regional müharibə heç kimin maraqlarına uyğun deyil. Aİ gərginliyin azaldılması və mülki əhalinin həyatının qorunması üçün səyləri dəstəkləməyə hazırdır", - o əlavə edib.


“Aİ İranın İsrailə hücumunu ən sərt şəkildə qınayır. Təhlükəli hücumlar və cavab tədbirləri bütün regionda dərhal atəşkəs əldə etmək riskini daşıyır”, - J.Borrell sosial şəbəkədə qeyd edib. O, vurğulayıb ki, “Aİ regional müharibənin qarşısının alınmasına tam sadiq qalır”.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.