DİN-də yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin rəisi polis pokovnik-leytenantı Atik Cəlilzadə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.