Tanınmış şoumen, aparıcı Azər Axşam "Üzə-Düz" verilişində xəyanət haqda maraqlı açıqlama verib.
"Sherg.az"ın məlumatına görə, o bildirib ki, kişilərin ən böyük bəlası xəyanət etdikləri zaman bunu başa düşməmələridir:
"Xəyanətin əsas səbəbi qadınlardır.
Həmişə deyirəm ki, sən ona yox, özünə imanına, doğruluğuna düzlüyünə xəyanət etmisən. Qadının ona xəyanət edən kişini tərk etməyə tam hüququ var. Xəyanətkar kişi də onun istəklərini reallaşdırmalı, bağışlanmasını istəməlidir. "Məndən istəyəcəyin nədir, yaralarını necə sara bilərəm?"-, deyə soruşulmalıdır. Evdir, maşındır? Buyur. Bəlkə, həmin məqamda qadın “səni itirmək istəmirəm” desin. Çünki əsl kişilik orda açılır".
A.Axşamın qənaətincə, nə olur olsun, xəyanət düşüncəsinə gəlmək artıq günahdır:
"Xəyanətin üstü açılmayıbsa, tövbə edib, səhvini düzəldib, həyatını yaşa. Qarşı tərəfə doğrunu deməklə heç nəyi düzəltməyəcəksən. Kişilər 90 faiz sevdiyi qadınlara acıqdan xəyanət edirlər".