İkardi və Vanda "Qalatasaray"a görə ayrılıb - ŞOK SƏBƏB

Mauro İkardi və Vanda Naranın boşanma işi ilə məşğul olan vəkil Ana Rosenfeld mətbuata maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Socios delspectacion"a məlumat yayıb. Hüquq müdafiəçisi bunları söyləyib:

 "Mauro Vandaya "Qalatasaray"dan ayrılıb Argentinaya yerləşəcəyini söyləyib. Vandanın bura yerləşməsi bununla əlaqədar idi. Lakin İkardi fikrini dəyişdi və bundan sonra Türkiyəni tərk etmədi. Görürəm ki, zorakılığın olub-olmaması ilə bağlı bir çox fərziyyələr var. Argentina ədalət məhkəməsi yekun qərarı verəcək".