Ərdoğan Trampla telefonla danışdı: TDT sammiti müzakirə olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

Sherg.az xəbər verir ki, Tramp 29 oktyabr Respublika Bayramı münasibətilə liderlərin iştirak etdiyi şam yeməyi zamanı Ərdoğana zəng edərək Türk Dövlətləri Təşkilatının (TDT) Liderlər Zirvəsi ilə bağlı ona uğurlar arzulayıb.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Ərdoğan Trampla söhbətində TDT-nin 13-cü Zirvə toplantısının Ankarada keçiriləcəyini bildirib.

Türkiyə lideri vurğulayıb ki, əhalisi 200 milyonu ötən Təşkilatın Orta Asiyada sabitlik və təhlükəsizliyin ünvanına çevrilməsi istiqamətində sammitdə mühüm qərarlar qəbul ediləcək.

Ərdoğan, həmçinin şam yeməyində iştirak edən liderlərin salamlarını Trampa çatdırıb.