“Musiqi müqəddəsdir, zarafat etmək xətalıdır"
"Bəziləri barmaq arası baxır. Elmi gözlə nəzər salsaq, belə tərz mahnılar qəti yolverilməzdir”
“Kimsə deyə bilər ki, "demokratik, azad cəmiyyətdir, kim nə istəyir oxuyur". Özbaşnalığa demokrartiya donu geyindirmək səhv yanaşmadır”
Müğənni Mujgan Ayxanın yeni klipi qalmaqal yaradıb.
İfaçı mətbuata açıqlamasında bildirib ki, musiqi dövlətinin keşiyində duran hüquq-mühafizə orqanlarının əməkdaşlarına həsr olunub:
"Bu mahnı şəxsən kiməsə aid deyil. Hər sahəyə məxsus mahmılarımız var və rəislərimizə də aid mahnılar ola bilər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə oxu.az-a açıqlamasında istənilən müsbət təbliğatın maarifləndirmədə faydalı olduğunu söyləyib.
Sosioloq Əhməd Qəşəmoğlu demokratiyanı çevirib bu hala salmağın doğru olmadığını vurğulayıb:
"Bəziləri barmaq arası baxır. Elmi gözlə nəzər salsaq, belə tərz mahnılar qəti yolverilməzdir. Kimsə deyə bilər ki, "demokratik, azad cəmiyyətdir, kim nə istəyir oxuyur".
Özbaşnalığa demokrartiya donu geyindirmək səhv yanaşmadır. Min illərdir bütün dahilər, dini kitablar, peyğəmbərlər, ağlı başında olanlar insanları mənəvi dəyərlərə üstünlük verməyə çağırır.
Cəmiyyətin tarix boyu sınanmış qanunauyğunluqları var. Hansı cəmiyyətdə mənəvi dəyərlər öndə dayanarsa, onda özünü tənzimləyə bilir.
Cəmiyyətdə tərəqqi, xoş münasibət olur. Mənəvi dəyərlərin arxa plana çıxdığı cəmiyyətlərdə qarşıdurma yaranır. İstər ailədə, istər ölkədə hökmən mənəvi dəyərlər üstün olmalıdır.
İndiki vaxtda başqa bir ölkəni təkcə silahka fəth etmirlər, həmçinin mənəvi dəyərlər sistemini aşındırmaqla dağıdırlar.
"Ay rəisim" nəyi təbliğ edir? Deməli, bir rəisin xanımla sərgüzəştləri var. Həmin xanım da rəisə mahnı oxuyur. Əgər əhəmiyyət verməsək, sabah "ay müəllimim" kimi mahnılar da çıxacaq. Bəlkə də, mahnını oxuyan xanımın texnologiyadan, siyasətdən başı çıxmır.
Amma həmin texnologiya belə adamlardan vasitə kimi yararlanır. Sözügedən məsələlərə qarşı ciddi ictimai qınaq olmalıdır. Başqa çıxış yolları axtarmalıyıq. Cəmiyyətdə düşük mahnılar yer almasın. Musiqi müqəddəsdir, zarafat etmək xətalıdır".