Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat yayıb.
İdarədən bildirilib ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir:
“Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara həyat bəxş edəcəklər”.
QMİ 2022-ci il avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları açıqlayıb:
Bakı şəhəri üzrə:

- Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
- Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
- Nizami rayonu Şah Abbas” məscidi
- Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
- Suraxanı rayonu Qaraçuxur məscidi
- Yasamal rayonu “Təzə Pir” məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.