Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının praktiki aspektlərini müzakirə ediblər.
Rusiya və Ermənistan liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.