Sabirabadda baş verən zəncirvari avtomobil qəzasında YAP Salyan rayon təşkilatının sədr müavini 1997-ci il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmov həyatını itirib.
“Unikal”ın əldə etdiyi məlumata görə, o, Salyan Rayon İcra Hakimiyyətində sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Məhərrəmovun oğludur.
Qeyd edək ki, avqustun 2-də Sabirabad rayonunda iki minik və bir yük maşınının toqquşması nəticəsində Fazil Məhərrəmov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.