Daxili İşlər Nazirliyindən Yevlax rayonunda iki məktəblinin dalaşması hadisəsinə münasibət bildirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə Reginal qrupundan verilən məlumata Oxu.Az-a bildirilib ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:
“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.
17:15
Yevlax rayonunda iki məktəbli dalaşıb.
Oxu.Az-ın məlumatına görə, rayonda birinci sinifdə təhsil alan iki uşaq mübahisə edib. Nəticədə onlar dalaşıblar.
Bundan sonra uşaqların valideynlərindən biri digər şagirdə şiddət göstərib.
Qeyd edək ki, şiddət göstərən şəxs Yevlax Rayon Polis Şöbəsinin tədqiqatçısı Vüsal Hüseynovdur.