Bakıda daha bir küçədə yenilik

Daha bir küçədə mikromobillik imkanları genişləndirilir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, görülən işlər çərçivəsində Dilarə Əliyeva küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.

Eyni zamanda, zolaqlar boyunca yaşıl boya ilə işarələmə işləri aparılır.

Qeyd edək ki, İçərişəhər və Əziz Əliyev küçəsində də piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.