Hande ilə Aleksandrın toyu son 100 ildə hersoqluqda baş tutan ilk toy mərasimidir
Mersinin Tarsus əyalətində doğulmuş, Niderlandda təhsil alan 29 yaşlı Hande Macit hersoqinya tituluna sahiblənib. Monarxiyalı respublika üsuli-idarəsində imperator, kral və şahzədədən sonra ən yüksək titul hersoqdur. Hande Macit hersoqinya titulunu təhsil illərindən tanış olduğu Almaniyanın Mecklenburg-Vorpommern hersoqluğunun vəliəhdi, 31 yaşlı şahzadə Georg Aleksandrla evləndiyi üçün qazanıb. “Milliyet.com”da yer alan məlumatda bildirilir ki, Hande ilə Aleksandrın toyu son 100 ildə hersoqluqda baş tutan ilk toy mərasimidir. Toy mərasimi cəmi 30 dəqiqə çəkib. Mərasim kilsədə baş tutub. Əvvəlcə B.Britaniya kraliçasının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Toyda ümumilikdə 500 nəfər olub. Handenin ailə üzvləri, yaxın qohumları da mərasimə qatılıb. Qeyd edilir ki, cütlük iyun ayında kəbin kəsdirib. Hazırda isə Niderlandın Rotterdam şəhərində yaşayırlar. Gələcəkdə hersoq ailəsinin Vətənə köçməsi planlaşdırılır. Hande Aleksandrla bir dost məclisində tanış olub, aralarında dostluq münasibətləri getdikcə sevgiyə dönüb. Hande Macid ailəsiylə birlikdə yoqurt firması işlədir.