Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb.
"Azərişıq" ASC-dən "Report"a bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.
ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.
Qeyd edək ki, güclü külək səbəbindən dünən axşam rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilmişdi.
03:17
Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilib.
Nəticədə dünən axşam saatlarından etibarən rayon ərazisində işıqın verilməsində fasilələr yaranib.
Xaçmaz Regional Elektrik Şəbəkəsindən verilən məlumata əsasən, rayonda elektrik enerjisində yaranan fasilələrə səbəb havanın küləkli olması, elektrik xətlərinin köhnə və qəzalı vəziyyətidir. Həmin xətlərdə bərpa işlərinə başlanılıb. Artıq bir neçə saatdır rayonun elektrik enerjisi ilə təminatını bərpa etmək cəhdləri davam etdirilir.