Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühafizəçi işləyən 1981-ci il təvəllüdlü Sərvan Hüseyn oğlu Balasoltanovu elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.
Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.