Bakı şəhərində ata və ananın “kislota”lı əski ilə yandırdıqları qızlarının vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1976-cı il təvəllüdlü şəxs sentyabrın 26-sı, saat 10:20-də Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə daxil olub:
“Kəskin, qeyri-üzvi turşu ilə zəhərlənmə, ağız boşluğunun yanığı, qida borusunun yanığı diaqnozu qoyulub. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, Bakıda ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırıblar. Buna səbəb kimi xanımın valideynləri ilə arasında mülk davasının olduğu göstərilir.