Nazir:“Musiqi məktəblərində korrupsiya, “ölü canlar” və digər pozuntu halları var”

“Musiqi məktəblərində pozuntular içərisində korrupsiya faktları da var”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir regionlardakı mədəniyyət müəssisələrində yoxlamalardan danışıb.
“Qeyd etmək istəyirəm ki, yoxlamalar zamanı olduqca ciddi pozuntular aşkar olunub. Ən çox pozuntu halları uşaq musiqi məktəblərində rast gəlinib. Sirr deyil ki, bu pozuntular içərisində korrupsiya halları, həmçinin musiqi məktəblərində nəzarət sisteminin olmaması, “ölü canlar” və digər bu kimi pozuntu halları da var. Sözsüz ki, bu pozuntular musiqi məktəblərinin fəaliyyətinə, onların gələcək nailiyyətlərinə mənfi təsir göstərir”, - nazir deyib.