Xınalıqda 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur

“Quba rayonunun Xınalıq kəndində qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur”. 
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 
Onun sözlərinə görə, qoruqda aparılan təmir-tikinti və bərpa işlərinin Xınalıq kəndində məşğulluğun artırılması, əhalinin gəlirlilik səviyyəsinin və sosial rifah halının yüksəlməsinə də töhfə verilir: 
“Qeyd olunub ki, Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib”. 
Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edilib.