Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyada həyata keçirdiyi əməliyyatla PKK/YPG-nin liderlərindən Nejdet Dağlareri zərərsizləşdirib.
“Geli Serhat” ləqəbli Nejdet Dağlarer Türkiyədəki fəaliyyəti və Suriyada Türkiyə Silahlı Qüvvələrinə qarşı fəaliyyətləri ilə MİT-in hədəf siyahısında olub.
Nejdet Dağlarer 2009-cu ildə Türkiyədəki fəaliyyətindən sonra 2016-cı ildə İraqa, oradan da Suriyaya keçib və uzun müddət Hələb bölgəsində fəaliyyət göstərib.
Təhlükəsizlik mənbələri bildirir ki, Suriyanın ən böyük terror qruplarından biri olan “Çavreş” briqadasının liderlərindən birinin zərərsizləşdirilməsi təşkilatın Suriyadakı strukturuna ağır zərbə vurub.
Mənbə: İHA